- Əsas
- Çatdırılma
Çatdırılma
Sifarişlərin ödənişi
Onlayn mağazamızda sifarişləri ödəməyin bir neçə yolu var:
- Kartla ödəniş - bankınızın onlayn tətbiqi (kartdan karta köçürmə) və ya E-manat və MilliÖn elektron terminalları vasitəsilə
Sifariş detalları razılaşdırıldıqdan sonra ödəniş üçün kart təfərrüatları sizə göndəriləcək. - Cari hesaba bank köçürməsi ilə ödəniş
Sifariş detalları razılaşdırıldıqdan sonra ödəniş üçün bank hesabı rekvizitləri sizə göndəriləcək.
Çatdırılma şərtləri
Onlayn mağazamızda sifariş verərkən, ən rahat çatdırılma üsulunu seçə bilərsiniz:
- Bakıda kuryer ilə
Çatdırılma sifariş razılaşdırıldıqdan ertəsi gün (bazar günü istisna olmaqla) həyata keçirilir. Kuryerlə çatdırılma xidmətinin qiyməti - 5 azn-dən başlıyır və son ünvandan asılıdır. Çatdırılmanın yekün dəyəri sifariş təsdiq edildikdə operator tərəfindən hesablanır.
Bakı şəhəri üzrə kuryer çatdırılmasının təxmini qiymətləri (qiymət son ünvandan asılı olaraq dəyişə bilər):
- Bakının mərkəzi hissəsi və bütün mikrorayonlar - 5 azn
- Yasamal, Badamdar, Sulutəpə, Balacar - 6 azn
- Neftçilər, Kişlə - 6-7 azn
- Xırdalan, Xalqlar Dostluğu, Əhmədli, Qaraçuxur, Bakıxanov q., (Razin) - 6-8 azn
- Günəşli - 6-8 azn
- Lökbatan, Masazır (göl) - 10 azn
- Hövsan - 12 azn
- bütün bağ qəsəbələri - 15 azn-dən.
50 azn-dən sifariş etdikdə 5 azn-ə çatdırılma pulsuz həyata keçirilir. Ünvanınıza çatdırılma 5 azn-dən yuxarı olarsa, yalnız fərqi ödəyirsiniz (məsələn, Günəşliyə 50 azn-dən yuxarı sifarişin çatdırılması 9 azn deyil, 4 azn olacaq)
- Azərbaycan Poçtu
Sifarişlərin Azərbaycanın regionlarına, eləcə də xaricə çatdırılması Azərbaycan poçtu ilə həyata keçirilir.
Azərbaycan ərazisində poçt ilə göndərilmə qiyməti 4 azn (500 qr-a qədər olan bağlamalar üçün). Sifarişin alınma müddəti ödəniş tarixindən 3-dən - 14-ə qədərdir.
Xarici ölkələrə poçt vasitəsi ilə göndərilmə qiyməti - 15 azn-dən (sifariş təsdiq edildikdən sonra hesablanır və alıcının ölkəsindən və göndərilən sifarişin çəkisindən asılıdır). Sifarişin alınma müddəti ödəniş tarixindən 2-dən - 4-yə qədərdir.
Poçtla sifarişlər yalnız 100% ödənildikdən sonra göndərilir!
Adətən, sifariş icraya götürməyi və toplamaq 1 - 2 günə çəkir!
Endirimlər
50 azn-dən sifariş - Bakının mərkəzi hissəsinə və Azərbaycan poçtu ilə pulsuz çatdırılma.
100 azn-dən sifariş - endirim 5% + Bakının mərkəzi hissəsinə və Azərbaycan daxili poçtla pulsuz çatdırılma
250 azn-dən sifariş - endirim 7% + Bakının mərkəzi hissəsinə və Azərbaycan daxili poçtla pulsuz çatdırılma
500 azn-dən sifariş- endirim 10% + Bakının mərkəzi hissəsinə və Azərbaycan daxili poçtla pulsuz çatdırılma
Sifariş statusları
Onlayn mağazamızda müştərilərin rahatlığı üçün elektron poçtuna avtomatik bildirişlə sifariş statusları tətbiq edilmişdir. Statusların siyahısı:
- Yeni— Siz uğurla sifariş verdiniz.
- İcra olunur — sifarişiniz icra və yığma prosesindədir.Yaxın vaxtında operator sifarişin təfərrüatlarını dəqiqləşdirmək üçün Sizinlə əlaqə saxlayacaq.
- Razılaşıb – sifariş tam yığılıb, razılaşdırılıb, qablaşdırılıb və seçdiyiniz üsulla göndərilməsini gözləyir.
- Göndərilib— sifarişiniz poçt və ya kuryer vasitəsilə göndərilib.
- Çatdırılıb — Sizin sifariş çatdırılıb.
- Ləğv olunub— sifarişin ləğvi barədə bildiriş aldıq. Sifarişiniz ləğv edildi.
Malların dəyişdirilməsi və qaytarılması
Əgər məhsul forma, ölçü və ya rəng baxımından sizə uyğun gəlmədisə, onu aldıqdan sonra 2 həftə ərzində bizə qaytara bilərsiniz. Məhsul yalnız təqdimatı (qablaşdırma, etiketlər), istehlak xassələri və kassa qəbzi saxlandıqda qəbul edilir. Sizin istəyinizlə biz məhsulun dəyərini geri qaytaracağıq və ya oxşar məhsulla dəyişdirəcəyik. Malların dəyişdirilməsi və qaytarılması zamanı alıcı onun göndərilməsini ödəyir.